...

İki kredit ittifaqının lisenziyası ləğv olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 10:58 (UTC +04:00)

Azərbaycan Milli bankının idarə heyətinin qərarı ilə "Halal" və "İmişli" kredit ittifaqlarının bank əməliyyatlarını həyata keçirmək üçün lisenziyaları ləğv olunub. Milli bankdan Trend ə verilən məlumata görə, buna səbəb rüblük maliyyə hesabatlarının təqdim olunmamasıdır. Bu kredit ittifaqları 2001-ci ildən fəaliyyət göstərir.

"Kredit ittifaqları haqqında" qanuna əsasən, 11 nəfərdən ibarət bu qeyri-bank kredit təşkilatları kredit əməliyyatları həyata keçirir. Banklar kimi bu ittifaqlar da hər rüb AMB-yə hesabat verir.

Beləliklə, respublikada fəaliyyət göstərən qeyri-bank kredit ittifaqlarının sayı 81-ə enəcək.

Xəbər lenti

Xəbər lenti