...

Hökumət fermerlərə dizel yanacağının əldə olunması üçün yardım şəklində güzəştlər verməyi planlaşdırmır

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 14:17 (UTC +04:00)

Hökumət fermerlərə dizel yanacağının əldə olunması üçün yardım şəklində güzəştlər verməyi planlaşdırmır. Trend in məlumatına görə, iqtisadi inkişaf naziri Heydər Babayev jurnalistlərə bildirib ki, Nazirliyə fermerlər tərəfindən yardımların məhz belə sistemində çoxlu müraciətlər daxal olur.

"Heç bir ölkədə kənd tğəsərrüfatına yanacaq üçün yardım göstərilmir. Yardım kimi gübrələr, texnika, vergi güzəştləri oluna bilər", - deyə H. Babayev bildirib. Onun sözlərinə görə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə danışıqları prosesi çərçivəsində əsas tələblərdən biri kənd təsərrüfatına yardımların həcminin azaldılmasıdır.

Bununla yanaşı, nazir bildirib ki, hətta 5% yardım alan və ÜTT-nın üzvü olan ölkələr var. Ümumilikdə, bu beynəlxalq təşkilavtın tələbləri üzrə maksimal hədd 10%-ə qədərdir. "Ona görə də ölkə .lkədə aqrar sektorun neft sektorundan sonra ikinci strateji sektor olmasının vacibliyini nəzərə alaraqkənd təsərrüfatının maraqlarını maksimum müdafüiə etməyə çalışır və ona görə də yardımların həcminin mümkün dərəcəsi nə qədər yüksək olarsa bunun bir o qədər yaxşı olduğunu hesab edir. Hazırda Azərbaycanda bu sektorda yardımların orta dərəcəsi hesablanır", - deyə H.Babayev bildirib. Bundan əlavə, nazir hesab edir ki, bu gün Azərbaycanda neft məhsullarının, o cümlədən dizel yanacağının qiyməti, heç də tam liberallaşdırılmayıb, lakin ÜTT-na daxil olma prosesində onlar dünya səviyyəsinə çatmalıdır.

Xəbər lenti

Xəbər lenti