...

Azərbaycan Macarıstanla gömrük sahəsində protokol imzalayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2006 17:23 (UTC +04:00)

Azərbaycan Macarıstanla gömrük sahəsində protokol imzalayıb. Trend in məlumatına görə, imzalanma fevralın 3-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regionu dövlətlərinin gömrük xidmətləri rəzbərlərinin növbəti 3-cü iclası çərçivəsində keçirilib.

Sənədi Azərbaycan tərəfdən Dövlət Gömrük Komitəsinin sədri Kəmaləddin Heydərov və Macarıstan tərəfdən Macarıstan Respublikasının Gömrük Xidməti və maliyyə mühafizəsi komissarı, ÜGT-nın Avropa regionu üzrə vitse-prezidenti Yanoş Nad imzalayıb.

Azərbaycanın DGK-nin rəhbəri Kəmaləddin Heydərovun sözlərinə görə, bu razılaşma Macarıstanla bu sahədə kadrların mübadiləsini nəzərdə tutur.

Bundan əlavə, fevralın 2-də Rusiya, Litva və Belorusun gömrük rəhbərləri arasında Kalininqrad vasitəsilə sadələşdirilmiş ticarət barədə razılaşma imzalanıb.

Xəbər lenti

Xəbər lenti