...

Lizinq Şirkətləri Assosiasiyasının iclası fevralın 9-na keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2006 11:14 (UTC +04:00)

2005-ci ildə Azərbaycan Lizinq Şirkətləri Assosiasiyasının fəaliyyətinin yekunlarına həsr olunmuş iclas fevralın 9-na keçirilib. Bu barədə Trend ə Assosiasiyadan məlumat verilib. İclas fevralın 3-də keçirilməli idi. Lakin bu tarixin dəyişdirilməsi iclasda Kanada hökumətinin biznes sahəsində QHT-in inkişafı üzrə məsləhətçisi Lourens Kaminqin də iştirakı ilə bağlıdır.

Hazırda qonaq Bakıdadır və o, ölkənin lizinq bazarında vəziyyətlə tanış olur. L.Kaminq Lizinq şirkəti tərəfindən dəvət olunub və institusional quruculuq məsələləri, normativ sənədlərin işlənib hazırlanması, şirkətlər arasında qarşılıqlı münasibətlər və s. üzrə yardım göstərəcək.

İclasda onun çıxışı dinləniləcək və yeni üzvün qəbulu ilə bağlı məsələyə baxılacaq. Assosiasiyanın yeni üzvü tərkibində lizinq əməliyyatlarını həyata keçirmək məqsədilə departamentin yaradıldığı Bank of Bakudur. Bu bank da nəzərə alınmaqla Assosiasiyanın 12 üzvü var.

Xəbər lenti

Xəbər lenti