...

Rusiyanın Xarici ticarət bankı Azərbaycan bankını almağı planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2006 14:17 (UTC +04:00)

Rusiya bankları da Azərbaycanın bank bazarına maraq göstərməyə başlayıb. Xarici ticarət bankının rəhbərliyi ilin ortalarınadək Azərbaycan, Moldova və Qazaxıstanda əldə edəcəyi bankları müəyyən etmək niyyətindədir. Bu barədə Rusiya KİV bank rəhbəri Andrey Kostinə istinadən bildirir.

Son vaxtlar ölkənin bank bazarı ilə xarici şirkətlər və banklar maraqlanır. Azərbaycan Milli (AMB) bankının kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin rəşbəri Rüfət Aslanlı Trend ə bildirib ki, bunlardan bəzisi bizimlə görüşüb və bank bazarının hazırkı vəziyyəti ilə maraqlanıb. "Azərbaycana gəlmək istəyi barədə bizə beynəlxalq maliyyə institutları tərəfindən də deyilmişdi" -deyə AMB nümayəndəsi qeyd edib.

Azərbaycanın bank sistemi xarici kapitalın iştirakı üçün tamamilə liberallaşdırılıb ki, bu da Azərbaycan banklarına xarici investisiyaları məhdudlaşdırmır.

Bu il Azərbaycan bankını qazaxıstanın "TuranAləm" bankı da almaq istəyir. R.Aslanlı artıq 2006-cı ildə ölkənin bank bazarında xarici şirkət yaxud bankların təmsil olunması imkanını da istisna etmir. Bu, bir neçə mərhələdə baş verəcək. İlkin mərhələdə həmin proses fəaliyyət göstərən Azərbaycan banklarında aksiyaların əldə olunması vasitəsilə baş verə bilər.

Xarici kapital payının ölkənin bank bazarında artıq iki ildir ki, liberallaşdırılmasına baxmayaraq bu vaxt ərzində xarici bankın filialı yaxud törəmə strukturu açılmayıb. Ümumi bank kapitalında xarici kapital payının artırılması bir neçə bankda (UniBank, Bank of Baku, "Respublika" bankı, Azərdəmiryolbank) aksiyaların bir hissəsinin satılması vasitəsilə baş verib. Burada əsas alıcı Avropa yenidənqurma və inkişaf bankı (AYİB) olub.

Xəbər lenti

Xəbər lenti