...

Bakıda Azərbaycan və Mərkəzi Asiyanın lizinq şirkətləri üçün seminarlar keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2006 13:26 (UTC +04:00)

Bakıda Azərbaycan, Qırğızıstan, Tacikistan və Özbəkistanın lizinq təşkilatları üçün korporativ idarəetmə və aktivləri (passivləri) idarəetmə üzrə seminarlar öz işinə başlayıb. Beynəlxalq Maliyyə Korporasiyasının və İsveçrənin iqtisadi məsələlər üzrə dövlət katibliyinin (Seco) maliyyə dəstəyi ilə keçirilən seminarlar fevralın 10-dək davam edəcək.

Trend in xəbər verdiyi kimi, tədbirin açılışnda AR və Mərkəzi Asiyada lizinq xidmətləri üzrə layihə meneceri Craig Bell bildirib ki, seminar 4 ölkədən olan 13 maliyyə təşkilatı üçün təşkil olunub.

Seco-nun əməliyyatlar üzrə baş meneceri Randol Petersen hesab edir ki, qanunvericilik bazasının yaradılmasında irəliləyişlər var, maliyyə fondları da yaxşı işləyir.

Bu halda BMK üçün maliyyə obyektlərinin seçilməsi meyarı şəffaflıq və korporativ idarəetmə, lizinq əməliyyatları həyata keçirən şirkət və ya bankın maliyyə cəhətdən möhkəmliyi, lizinq portfelinin formalaşması üçün potensial obyektlərin olması və s-dir. Bu barədə bəyan edən maliyyə korporasiyasının AR nümayəndəsi Aliyə Əzimova (Nuriyeva) qeyd edib ki, BMK korporativ idarəetməyə, Şuranın roluna, risklərin monitorinqinə xüsusi diqqət ayırır. "BMK-nın təcrübəsi təsdiqləyir ki, yaxşı korporativ idarəetmə invesvtisiya mühiti üçün əsas amillərdən biridir", - deyə o qeyd edib.

Korporativ idarəetməyə dair seminar fevralın 6-7-də BMK-nın Azərbaycanda korporativ idarəetmə layihəsi üzrə ekspertlər, aktivlərin və passivləri idarəetmə üzrə seminar isə fevralın 8-10-da bu məqsədlə cəlb olunmuş məsləhətçilər tərəfindən keçiriləcək.

Xəbər lenti

Xəbər lenti