Agrolizing ASC kənd təsərrüfatı texnikasının növbəti partiyasının alınması ilə bağlı bir sıra şirkətlərin tender təkliflərini nəzərdən keçirir. Dövlət strukturunda Trend ə bildirilib ki, bu günlərdə 3 lot üzrə tender prosedurası keçirilib və buna əsasən taxılbiçən kombayn (30 ədəd), traktor (40 ədəd) və traktorlara qoşulan k/t maşınlarının (110 ədəd) alınması nəzərdə tutulur.
Müəssisədə qeyd olunub ki, tenderdə Azərbaycan, Rusiya və Türkiyədən ilk lotda 6 şirkət, ikincidə 2 şirkət, üçüncüdə isə 6 şirkət iştirak edib.
"Hazırda təkliflərin qiymətləndirilməsi ilə bağlı işlər aparılır və 10 gün ərzində tenderin qalibləri müəyyən ediləcək" -deyə ASC-də qeyd olunub.
Texnikanın alınması Yaponiya hökumətinin Azərbaycana k/t texnikasının alınması üçün ayırdığı qrant vəsaiti hesabına həyata keçiriləcək.
Tenderin şərtlərinə görə, texnika ASC-yə sazişin imzalandığı gündən ötən 90 gün ərzində verilməlidir.
2005-ci ilin iyun-iyulunda ASC tərəfindən adıçəkilən texnika ilə bağlı 2 tender elan olunmuşdu və bunun nəticəsində dövlət büdcəsindən ayrılmış vəsaitlər hesabına 1 min k/t texnikası alınıb.