...

"Cahandar" şirkəti "Siyəzən-şərab" SC-ni özəlləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2006 17:17 (UTC +04:00)

Dövlət əmlakının idarəedilməsi üzrə Dövlət Komitəsi tərəfindən "Siyəzən-Şərab" SC-nin səhmlərinin 99,34%-nin özəlləşdirilməsi ilə bağlı investisiya müsabiqəsinin qalibi "Cahandar" şirkətidir. Trend in Dövlət Komitəsinin press-relizinə istinadən xəbər verdiyi kimi, müsabiqənin şərtlərinə uyğun olaraq sərmayəçi 4500 dövlət özəlləşdirmə çeki verəcək və "Siyəzən-şərab" SC-nin hesablama hesabına 14 720 AZN, alqı-satqı müqaviləsi imzalandıqdan sonra isə 30 gün ərzində dövlət büdcəsinə 16 000 AZN keçirəcək.

Şirkət özünün investisiya proqramına əsasən, 12 ay ərzində müəssisənin yenidən qurulmasına 294 400 AZN sərmayə qoymağı öhdəsinə götürüb. Bu vəsaitlər texniki avadanlığın, tikililərin, infrastrukturun yenidən qurulması, o cümlədən kommunikasiya xətlərinin bərpası və sosial məsələlərin həlli üçün nəzərdə tutulub.

Sərmayəçinin təqdim etdiyi sosial proqrama əsasən, fəaliyyətinin ilk mərhələsində o, 30-dan çox yeni iş yeri açmağı öhdəsinə götürüb.

Xəbər lenti

Xəbər lenti