...

Dünya Bankının səhiyyə üçün ayırdığı kredit artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 15:05 (UTC +04:00)

Dünya Bankının maliyyələşdirəcəyi Azərbaycanın səhiyyə sistemində islahatların aparılması ilə bağlı yeni layihənin hazırlanması üzrə danışıqlar başa çatıb. Bu barədə Trend ə hökumətdən məlumat verilib.

Müzakirələr bankın ictimai səhiyyə üzrə mütəxəssisi və layihənin rəhbəri Enis Barışın rəhbərlik etdiyi missiya ilə aparılıb. Səhiyyə Nazirliyinin təklifi ilə onun genişləndirilməsi ilə əlaqədar layihənin dəyəri artıb. Buna müvafiq olaraq kreditin ölçüsü də artaraq əvvəllər təklif olunan $50 mln dollardan $60 mln-a qədər artağacı mümkündür.

Dünya Bankı krediti artırmağa hazırdır. Lakin onun hansı məbləğə qədər artırılacağı yalnız bankın qiymətləndirmə missiyasının Bakıya mart ayındakı səfərindən sonra dəqiq məlum olacaq. Layihənin qiymətləndirilməsi bir neçə il bundan əvvəl aparıldığınıdan və tikinti materiallarının, avadanlıqların qiymətinin o vaxtdan bahalaşması üzündən buna zərurət yaranıb. Layihənin genişləndirilməsi regionların əhalisinin paytaxta axınının qarşısını almaq üçün bir neçə pilot rayonda (5-10) xəstəxananın tikilməsi ilə əlaqədardır. Bu zaman boş çarpayılı köhnə xəstəxanaların ləğv edilməsi məqsədəuyğun hesab edilir. Səhiyyə Nazirliyinin layihəsinə, eləcə də kənd yerlərində poliklinikaların tikilməsi də daxildir.

Hazırda layihənin hazırlanması üzrə iş gedir və bunun üçün DB 450 min dollar həcmində qrant ayırıb. Qrant razılaşmasının imzalanması səlahiyyətlərin verilməsindən sonra baş tutacaq. Layihə üzərində hazırlıq işlərinin may ayına kimi başa çatdırılması onun iyun ayında DÖ-nın Direktorlar Şurasının təsdiqinə verilməsi, eləcə də bankın bu maliyyə ilində (iyunun 30-da başa çatır) imzalaması ilə bağlıdır.

Hökumət kredit ehtiyatlarını Beynəlxalq İnkişaf Assosiasiyası xətti ilə güzəştli şərtlərlə alacağına ümid edir. Lakin DB-nın kreditin bir hissəsini Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının xətti ilə qarışıq şəkildə verəcəyi imkanları da istisna edilmir.

Xəbər lenti

Xəbər lenti