...

BMK-nın korporativ idarəetmə üzrə pilot proqramı çərçivəsində ikinci şirkət bir ay ərzində müəyyən ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 17:14 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK) bir ay ərzində korporativ idarəetmənin müasir standartlarının tətbiqinə texniki yardım proqramı çərçivəsində ikinci pilot şirkətini müəyyən etməyi planlaşdırır. Bu barədə Trend ə layihənin rəhbəri Çarlz Konfild bildirib. Müvafiq sənədləşdirmə artıq BMK-nın baş ofisinə göndərilib. Maliyyə korporasiyası 2005-ci ilin oktyabrında elan olunmuş pilot proqramı çərçivəsində altı səhmdar cəmiyyəti və banka texniki yardım göstərmək niyyətindədir.
Bu qurumlarda BMK-nın metodologiyası ilə korporativ idarəetmə standartları tətbiq ediləcək. İştirak üçün 13 SC və bank tərəfindən ərizələr verilib, amma Ç.Konfild hesab edir ki, bunlardan yarısı pilot proqramına düşə bilər. Seçim meyarları təşkilatın SC olaraq statusu, korporativ idarəetmə strukturu (müşahidə şurası, idarə heyəti, ümumi yığıncaq) olması və onun keyfiyyətinin artırılmasına
marağın olmasıdır. Korporativ idarəetmə vəziyyətinin qiymətləndirilməsi də daxil olmaqla yardım, məsləhətləşmələr və maliyyə şəfaflığının artırılması tədbirləri növbə ilə benefisiarlar tərəfindən göstəriləcək.

Layihənin meneceri hesab edir ki, ikinci şirkətin seçimindən sonra növbəti şirkətin müəyyən edilməsi üçün daha 3-4 ay keçəcək. Seçim banklar və şirkətlər arasında həyata keçirilir. O, ümid edir ki, növbəti qeyri-bank strukturu olacaq, çünki birinci Azəriqazbank olub.

Azərbaycanda korporativ idarəetmə layihəsi korporativ idarəetmə prinsiplərinin tətbiqi üzrəində iş aparır. BMK-nın təşəbbüsü və İsveçrənin iqtisadi münasibətlər üzrə Dövlət katibliyinin (SECO) maliyyələşdirməsi ilə layihənin rəsmi açılışı 2005-ci ilin yanvarın 25-də keçirilib.

Layihənin gerçəkləşdirilməsi 3 il və ümumi büdcəsi $2,1 mln. təşkil edir. " Bir il ərzində işlər qənaətbəxş nəticəyə çatıb. Banklar və müstəqil şirkətlər üçün ayrı-ayrılıqda 11 seminar keçirmişik, məsləhətləşmə xidmətlərinin sayı isə 100-ə çatıb" - deyə Ç.Konfild bildirib.

Xəbər lenti

Xəbər lenti