...

AGLeasing istiqrazlar bazarına çıxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Fevral 2006 17:20 (UTC +04:00)

AGLeasing şirkəti 1 mln AZN dəyərində korporativ istiqrazlar buraxmağı planlaşdırır. Bu barədə Trend ə şirkətin baş direktoru Azər Məmmədov məlumat verib. Hazırda buraxılışın parametrləri dəqiqləşdirilir. İlkin məlumatlara görə, istiqrazların dövriyyə müddəti ən azı 2 il (gəlirlilik 14%) olacaq.

A.Məmmədovun sözlərinə görə, artıq şirkətin istiqrazlarının potensial alıcısı ola biləcək xarici sərmayəçilərlə ilkin danışıqlar aparılıb.

AGLeasing öz istiqrazlarını buraxan ikinci lizinq şirkəti ola bilər. Bu bazarda pioner isə AtaLeasing şirkəti olub.

Xəbər lenti

Xəbər lenti