...

Dizel yanacağının qiymətinin qalxması Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına təsir etməyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 11:09 (UTC +04:00)

2006-cı ilin yanvarında dizel yanacağının pərakəndə satış qiymətlərinin qalxması Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına təsir etməyəcək. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 8-də kənd təsərrüfatı naziri İsmət Abasov bildirib.

Onun sözlərinə görə, tariflərin qalxmasının kənd təsərrüfatı məhsullarının qiymətlərinin 50-100% bahalaşmasına gətirib çıxaracağı haqqında yayılmış şayiələr həqiqətə uyğun deyil.

"Biz kənd təsərrüfatı məhsullarını istehsalında dizel yanacağının payını hesablamışıq və alınmış rəqəmləri müvafiq orqanlara təqdim etmişik. Məsələn, elə sahələr var ki, bu rəqəm 1% təşkil edir. Pambıqçılıq sahəsində isə bu göstərici 14,5%-ə bərabərdir", - deyə nazir vurğulayıb.

Bununla yanaşı, İ.Abasov dizel yanacağının qiymətinin bahalaşması ilə əlaqədar müvafiq subsidiyaların ayrılmasını məqsədəuyğun hesab edir. Onun sözlərinə görə, indiyədək Nazirlər Kabineti və müvafiq nazirliklərlə müzakirələr aparılıb. "Lakin hal-hazırda subsidiyaların verilmə mexanizminin müəyyənləşdirilməsilə bağlı hər hansı qəti qərar qəbul olunmayıb" - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti