...

Bakı Fond Birjasının prezidenti: Qiymətli kağızlar bazarının likvidliyi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 14:43 (UTC +04:00)

Fevralın sonuna kimi Bakı Fond Birjası (BFB) səhlmdarların toplantısının gündəliyini elan edəcək. Bu barədə Trend ə birjanın İdarə Heyətinin sədri Anar Axundov məlumat verib. Əvvəlki illərdə olduğu kimi səhmdarların görüşü zamanı öətn il ərzində birjanın fəaliyyətinin nəticələri üzrə auditorun, təftiş komissiyalarının hesabatı, 2006-cı il üzrə büdcə proqnozları mütləq nəzərdən keçiriləcək. Birja səhmdar cəmiyyət kimi ötən il ərzindəki gəliri bölüşdürmək niyyətindədir.

Onun sözlərinə görə, bu həftənin sonuna kimi BFB-nın auditi başa çatacaq. İlkin məlumatlara görə, birjanın gəlirləri proqnozları 15,6%-i ötüb, xərclər üzrə qənaət isə 14,5% təşkil edib. Birjanın gəlirləri təqribən 400 mln. manat səviyyəsində olacaq. Qeyd edək ki, 2004-cü il 410,460 mln. manat itki ilə başa çatmışdı, 2003-cü ildə isə gəlir 73,738 mln. manat təşkil etmişdi. Hərçənd ki, həmin vəsait ötən illərin itkilərin ödəniləsinə yönəltmək nəzərdə tutulub, yerdə qalan vəsaitin necə bölüşdürüləcəyini isə səhmdarlar həll edəcəklər. BFB-nın rəhbəri bildirir ki, hlə bir müddət birja bu itkilərin yerini doldurmalı olacaqlar.

Birjanın 2006-cı ildəki planlarına ötən ildə likvidliyin, o cümlədən, d

dövlət qiymətli kağızlar bazarında armasına baxmayaraq, market-meyker institutun yaradılması daxildir.

Xəbər lenti

Xəbər lenti