...

2005-ci ildə bankların aktivləri 35% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 16:39 (UTC +04:00)

2005-ci ilin əvvəlindən respublikada fəaliyyət göstərən bütün bankların ümumi aktivləri 35,1% artaraq 10 998,5 mlrd. manat təşkil edib. Bu barədə Trend ə Azərbaycanın Milli Bankından məlumat verilib. Bankların aktivlərinin strukturunda daha çox müştərilərə verilən kreditlər əsas yer tutur. Onların payına 5996 mlrd. manat və ya bankların bütün aktivlərinin 54,5% - düşür. Hesabat dövründə belə kreditlərin həcmi 61,3% artıb.

2006-cı il yanvarın 1-də aktivlərin strukturunda bankların müxbir hesablarının payına 1584,5 mlrd. manat və ya bütün aktivlərin 14,4% -i (artım 6,7%), nəqd vəsaitlərin 692,6 mlrd. manat və ya aktivlərin 6,3% -i (artım 13,3%), investisiyaların payına isə 533,3 mlrd. manat və ya 4,8% (artım 10,3%) düşür. Bununla yanaşı, maliyyə sektoruna ayrılan kreditlər və depozitlər 1077,7 mlrd. manat olub ki, bu da aktivlərin 9,8% -ni (artım 4,5%) təşkil edir. Digər aktivlər 1114,4 mlrd manat, ümumi aktivlərin xüsusi çəkisində 10,13% təşkil edərək ötən ilin əvvəli ilə müqayisədə 36,9% artıb.

2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə, bank öhdəliklərinin strukturunda passivlər 9153,3 mlrd. manata bərabər olub ki, bu da bütün passivlərin 83,2% -ni təşkil edir və 2005-ci il ərzində onların həcmi 34,9% artıb. Öhdəliklərin tərkibində depozitlər nisbətən çox xüsusi çəkiyə malikdirlər. Burada artım 6829,5 mlrd. manata və ya bütün passivlərin 62,1% (artım 34,1%) qədərdir. Maliyyə sektorundan alınan kredit və depozitlər 1516,5 mlrd. manat və ya 13,79% (artım 69,8%), digər öhdəliklər isə 807,3 mlrd. manat və ya 7,34% (artım 0,8%) təşkil edib.

Öhdəliklər strukturunda bank kapitalının xüsusi çəkisi 16,78 % və ya 1845,2 mlrd. manat təşkil edib. 2005-ci ilin əvvəli ilə müqayisədə kapitalın həcmi 36,1% artıb.

Xəbər lenti

Xəbər lenti