...

Hər gün saat 08:00-dan 21:00-dək Bakının mərkəzinə tikinti texnikasının daxil olması məhdudlaşdırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2006 16:44 (UTC +04:00)

Bakı şəhəri İcra hakimiyyəti başçısı Hacıbala Abutalıbov 2006-2007-ci illərdə Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi planının hazırlanması haqqında ölkə prezidentinin fərmanına uyğun olaraq sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, bu barədə Bakı şəhəri İcra Hakimiyyətinin məlumatında bildirilir.

Sərəncama əsasən, saat 08:00-dan 21:00-dək yük tutumu 5 tondan çox olan, xüsusi texnikaya və qəza-xilasetmə xidmətlərinə məxsus olmayan avtomobillər şəhərin mərkəzinə buraxılmayacaq.

Şəhərin mərkəzində tikinti işləri aparan şirkətlərə göstərilən vaxt ərzində tikinti texnikasının hərəkətinə qoyulmuş məhdudiyyəti təmin etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti