...

Bakı-Tbilisi-Axalkalaki layihəsi çərçivəsində işlərin hazırlıq mərhələsi başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2006 11:57 (UTC +04:00)

Bakı-Tbilisi-Axalkalaki dəmiryolunun tikintisi layihəsi çərçivəsində işlərin hazırlıq mərhələsi başa çatıb. Trend in Türkiyənin KİV-ə istinadən yaydığı məlumata görə, yaxın aylarda dəmiryolunun tikintisinə bilavasitə başlanacağı ehtimal olunur.

Xəbər verilir ki, yaxın zamanlarda Türkiyənin, Gürcüstanın və Azərbaycanın energetika nazirləri layihənin reallaşdırılmasının detallarını müzakirə etmək üçün görüşəcəklər. Yolun tikintisinə başlamaq barədə qərar qəbul editldikdən sonra tikintinin maliyyələşdirilməsi modeli ilə bağlı razılaşmanın əldə olunacağı da gözlənilir.

Bu mərhələdə rəsmi Ankara, beynəlxalq maliyyə təşkilatlarından birinə kredit üçün müzakirə edəcək. Bakı-Tbilisi-Axalkalaki layihəsi həm mövcud döşənmiş yolun bərpasını, həm də yeni hissəsinn tikintisini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti