...

Martın 9-də İsveçrədə Azərbaycanın investisiya imkanlarının təqdimatı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2006 17:54 (UTC +04:00)

Azərbaycan-İsveçrə investisiya forumu martın 9-də Sürixdə (İsveçrə) keçiriləcək. Bu barədə Trend ə Azərbaycan ixrac və investisiyalar fondunda (AZPROMO) bildirilib. Tədbir AZPROMO, Azərbaycanın İsveçrədəki səfirliyi və İsveçrənin Sofi investisiyaların təşviqi təşkilatı tərəfindən təşkil edilir.

Seminar Azərbaycanın İsveçrə iş adamlarına və hökumətinə etibarlı biznes tərəfdaşı kimi təqdimatına yönəlib. AZPROMO rəhbəri Emil Məcidovun sözlərinə görə, fond İsveçrə təşkilatı ilə 2003-cü ildən əməkdaşlıq edir və o vaxt qarşılıqlı anlayış haqqında memorandum imzalanıb. Sofi həmin il Azərbaycanda ilk investisiya konfransını təşkil edib.

Seminarın işində Azərbaycanın hökumət nümayəndə heyəti iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti