...

Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ötən il görülən və 2006-ci il görüləcək işlərə dair yekun iclas keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2006 20:49 (UTC +04:00)

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində ötən il görülən və 2006-ci il görüləcək işlərə dair yekun iclas keçirilib. Trend AzərTAc-a istinadən xəbər verir ki, Komitənin sədri Qərib Məmmədov bildirib ki, hazırda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar aqrar sektorda da ciddi nailiyyətlər əldə edilməkdədir.

Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində respublikamızda 2031 təsərrüfat (kolxoz və sovxozlar) ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanmışdır. İşğal olunmuş rayonlarımız istisna olmaqla, bu mərhələdə ölkəmizdə torpaq payı almaq hüququ olan 873 min 618 ailədən, 869 min 268-nə torpaq verilmiş, ölkədə torpaq islahatı 99,5 faiz yerinə yetirilib. Bu islahatlar nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8641506 hektar torpaq sahəsindən 4913639 hektarı və ya 56,9 faizi dövlət mülkiyyətində saxlanılıb, 2032744 hektarı bələdiyyə mülkiyyətinə verilib, 1695123 hektarı isə xüsusi mülkiyyətə ayrılıb. Respublika üzrə mövcud 4551 kənd və qəsəbənin 3255-də həyətyanılar altında olan torpaq sahələrində çöl ölçmə işləri tamamlanıb, qalan kəndlərdə isə işlər bu il də davam etdiriləcək. 3090 kənd üzrə 907 min 906 ailəyə isə qanuni istifadəsində olan həyətyanı sahələri ilə bağlı şəhadətnamələr işlənib vətəndaşlara təq dim edilib.

Komitə sədri onu da vurğulayıb ki, ölkəmizdə mövcud 2748 bələdiyyə vahidinə, onların mülkiyyətində olan torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnamələrin hazırlanması üçün yer quruluşu sənədlərinin işlənməsi davam etdirilmiş, 2058 bələdiyyə üçün belə sənədlər hazırlanığ.

Mövcud bələdiyyələrin, o cümlədən 63 şəhər bələdiyyəsinin torpaqları ərazi hüdudları daxilində onlara ilkin olaraq tanıdılıb. Həmçinin, bu günə kimi, müasir avadanlıq vasitəsilə 949 təsərrüfatın elektron kadastr xəritələri hazırlanıb.

Xəbər lenti

Xəbər lenti