...

İyul ayından keçmiş SSRİ-nin Əmanət bankının əmanətlərinin indeksləşdirilməsinə bahlana bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2006 15:00 (UTC +04:00)

1992-ci il yanvarın 1-nə kimi SSRİ Əmanət Bankı tərəfindən əhaliyə verilən əmanətlərin ödənilməsi prosesinə iyul ayından başlanıla bilər. Trend in maliyyə naziri Əvəz Ələkbərova istinadən yaydığı xəbərə görə, bunun üçün aprel ayında "Əmanətlərin indeksləşdirilməsi haqqında" qanun layihəsi parlament tərəfindən qəbul edilməlidir.

Onun sözlərinə görə,bir neçə məsələni həll etmək qalır və bunun üçün Kapitalbank bir həftə vaxt istəyib. Bundan sonra qanun layihəsi dövlət komissiyasına rəhbərlik edən baş nazirə təqdim olunacaq. Dövlət Komissiyasında baxıldıqdan sonra sənəd prezident administrasiyasına göndəriləcək.

Nazir hesab edir ki, indeksləşdirmə prosesi çox çətin prosesdir və bunun üçün lazımi məlumatların toplandığı bir sıra MDB ölkələrinin təcrübəsini öyrənmək üçün çoxlu vaxt tələb olunur.Vaxt tələb edən digər məsələ sənədlərin saxlanmasını yoxlamaq və keçmiş əmanət banklarında arxiv materiallarının öyrənilməsidir.

Əmanətlərin qaytarılması üçün xüsusi komissiyanın yaradılması qərara alınıb və həmin komissiya süvafiq dövlət strukturlarının nümayəndələrindən formalaşdırılacaq. Ə.Ələkbərov Kapitalbankda struktur dəyişiklərin aparılacağı imkanını da istisna etməyib.

Azərbaycan hökuməti əmanətlərin indeksləşdirilməsini 8-10 il ərzində keçirmək niyyətindədir. Bir sıra ölkələrdə bu proses 40 il ərzində həyata keçirilir. Nazirin sözlərinə görə, Azərbaycanda indeksləşdirmə metodu da digər ölkələrindəkindən fərqlənir.

Əmanət Bankının varisi olan Kapitalbankın həyata keçirdiyi inventarlaşdırmanın gedişində 1mln. 986 min əmanətçi aşkar edilib. Onların əmanətlərinin ümumi məbləği 4,8 mlrd. sovet rublu təşkil edir. İndeksləşdirmə üçün bir neçə variant təklif olunur.

İndeksləşdirmə MDB ölkələrindən yalnız Qazaxıstan, Qırğızıstan və Belorus Respublikasında başa çatıb. Hazırda bu proses Rusiya, Ukrayna və Moldovada aparılır.

Xəbər lenti

Xəbər lenti