...

Azərbaycanın İpoteka Fondunun təkrar maliyyələşdirmə dərəcəsi illik 6% təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2006 15:49 (UTC +04:00)

Azərbaycan Milli Bankı (AMB) idarə heyətinin qərarı ilə Azərbaycanın İpoteka Fondunun (AİF) kotirovka dərəcəsi təsdiq edilib. Bu dərəcəyə əsasən, kredit ehtiyatları səlahiyyətli banklara təqdim ediləcək. Trend bildirir ki, AİF-in məlumatına görə, dərəcə 6% təşkil edəcək.

Prezidentin İpoteka fondu üçün əsasnamə və qaydaların təsdiq edilməsi haqqında sərəncamına əsasən ipoteka kreditləri illik 14%-i ötə bilməz.

Milli bank da agent-banklarla bağlanacaq müqavilə nümunələri, həmçinin AİF-in fəaliyyətə başlaması üçün vacib standart tələbləri təsdiq edib.

Xəbər lenti

Xəbər lenti