...

Azərbaycan TRACECA üzrə beynəlxalq auditor qrupunun tərkibinə daxil olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2006 16:04 (UTC +04:00)

TRACECA nəqliyyat dəhlizinin iştirakçısı olan ölkələrin hökumətlərarası komissiyasının növbəti, beşinci iclası mayın 2-3-də Sofiyada keçiriləcək. Bu barədə Trend ə bu təşkilatın Azərbaycandan olan milli katibi Akif Mustafayev məlumat verib. Bu qərar TRACECA -nın milli katibliyinin Buxarestdə keçirilən yekun iclasında qəbul edilib. Görüş bü təşkilatın hökumətlərarası katibliyinin və TRACECA -nın iştirakçısı olan ölkələrinin Xarici İşlər Nazirliklərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

A.Mustafayevin məlumatına görə, görüşün gedişində yüklərin daşınması proseduralarının sadələşdirilməsi üzrə razılaşmanın ratifikasiyası ilə bağlı hesabata baxılıb. Bu qərar hökumətlərarası kosmissiyanın Daşkənddəki iclasında qəbul edilib və Yerevandakı iclasda protokollaşdırıb. Bu razılaşma üzrə işlərin başlanması üçün ən azı dörd dövlətin ratifikasiyası zəruridir. Hazırda o, Azərbaycan (2003-zcü il) və Bolqarıstanda ratifikasiya olunub. Digər ölkələrdə bu razılaşmanın ratifikasiya prosesini keçirlər.

İclasda həmçinin, TRACECA hökumətlərarası katibliyinin birgə maliyyələşdirilməsi işləri layihəsi üzrə hesabat müzakirə olunub. Hökumətlərarası katibliyin illik maliyyələşdirilməsi 600 min avro dəyərində qiymətləndirilir. 2005-ci ilə qədər bu vəsait Avropa Komissiyası tərəfindən təqdim edilirdi. Həmin il bu məqsədlər üçün iştirakçı ölkələr tərəfindən 7 min avro təqdim edilmişdi, digər hissəni isə Avropa Komissiyası ödəmişdi. 2006-cı ildən HKK-nin maliyyələşdirilməsi tamamilə iştirakçı dövlətlərin hesabına həyata keçirilir. Hər bir ölkə 50 min avro ödəməlidir. Əldə olunan razılığa görə, bu vəsait bu ilin 1-ci rübünün sonlarına kimi təqdim ediləcək. Moldova artıq bu vəsaiti ödəyib. A. Mustafayevin sözlərinə görə, görüş çərçivəsində nəqliyyat dəhlizinin 2015-ci ilin sonuna kimi inkişafı strategiyanın yekun variantının son müzakirələri keçirilib.

Xəbər lenti

Xəbər lenti