...

Azərbaycan Moodys – ikinci reytinq agentliyi ilə müqavilə imzalayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2006 16:19 (UTC +04:00)

Bu günlərdə Maliyyə Nazirliyi Moodys - ikinci reytinq agentliyi ilə müqavilə imzalayacaq. Maliyyə Nazirliyində Trend ə bildirilib ki, imzalanmış sənəd hökumətin reytinq agentliyi seçimində məsləhətçisi olan London City Group-na göndəriləcək.Məsləhətçinin vəzifəsinə sonrakı proseduraların - Moodys tərəfindən müqavilənin imzalanması üçün verilməsi də daxildir.

Azərbaycan tərəfindən sənədi maliyyə nazirinin müavini Heydər Əsədov imzalayacaq.

Müqavilə şərtlərinin City Group-un Türkiyə nümayəndəliyinin üzvləri ilə razılaşdırılması üzrə müzakirələr ötən cümə aparılıb. Müqavilə bir il üçün bağlanacaq və razılaşmaya əsasən ikinci reytinq agentliyinin xidmətlərinin ödənməsi üçün dövlət büdcəsindən $40 min ayrılması nəzərdə tutulur.

İkinci agentliyin dəvət olunması artıq 2006-cı ildə iki agentlikdən reytinq almağa imkan verəcək. Bu yaxınlarda Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada suveren reytinqini əvvəlki səviyyədə, podtverdilo, ostaviv na prejnem urovne, suverennıe reytinqi Azerbaydjana v BB səviyyəsində (2004-cü ildə olduğu kimi) saxlamağı təsdiq edib. Eyni zamanda agentlik qısamüddətli reytinqi B səviyyəsində təsdiq edib. Maliyyə naziri Əvəz Ələkbərov bunu beynəlxalq ekspertlərin çox orta və ehtiyatlı qiymətləndirməsi hesab edir. Amma o əmindir ki, 2006-cı ildə bu səviyyəni qaldırmaq mümkün olacaq.

Xəbər lenti

Xəbər lenti