...

Azərbaycanın iri vergiödəyicilərinin büdcəsi neft məhsullarının və idxal qazının qiymətlərinin dəyişməsi üzündən təsdiqlənməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Fevral 2006 17:00 (UTC +04:00)

2006-cı il üzrə iri vergiödəyicilərinin gəlirləri və xərcdərinin smetasının təsdiqinin yubanması yanacağın və Rusiyadan idxal olunan qazın qiymətlərinin dəyişdirilməsi ilə əlaqədardır. Bu barədə Trend ə vergilər nazirinin müavini Azər Bayramov məlumat verib.

"Bununla bir çox dövlət təşkilatları məşğul olur və tam obyektiv olaraq onlar bu dəyişikliklər üzündən büdcəni formalaşdıra bilməyiblər. Lakin bu günki gün üçün bizdə onların ilkin layihələri var və biz öz qərarımızı onların bir çoxunda dəyişikliklər edildikdən sonra verəcəyik". O belə hesab edir ki, yaxın günlərdə onlar hazır olacaq.

Onun sözlərinə görə, "AzAl" Dövlət Konserninin aviasiya benzinin qiymətinin qalxması ilə bağlı problemləri olub. Ümumilikdə, 2005-ci ilin sonları və 2006-cı ilin əvvəlləri neft məhsullarının qiymətlərinin dəyişməsi baxımından aktiv dövr olub. Qeyd edək ki, bu gün ADDY, Xəzər Dəniz Gəimiçiliyi İdarəsinin və Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin gəlirləri və xərclərinin smetaları təsdiq olunub.

2005-ci il üzrə iri vergiödəyicilərin büdcələrinin yerinə yetirilməsinin analizlərinə gəldikdə, onlar birinci rübdən sonra təqdim olunan balanslar əsasında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti