...

Azərbaycanda "quş qripi" virusu ilə mübarizə üzrə nəzarət gücləndirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 13:42 (UTC +04:00)

Azərbaycanın Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq xidməti "quş qripi" virusu ilə mübarizə üzrə nəzarəti gücləndirib. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 14-də Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, laboratoriya müayinəsindən keçmək üçün Londona 54 nümunə göndərilib, onların 14-də analiz aparılıb və Xəzər dənizinin sahillərindən tapılmış 7 çöl ördəyində "quş qripi" virusu aşkar olunub.

"Masallı rayonu ərazisindən tapılmış ölü quşların nümunələrində bu xəstəliyin heç bir əlaməti aşkar olunmayıb", - deyə o qeyd edib.

İ.Həsənov bildirib ki, Xəzəryanı ərazidə operativ qruplar yaradılıb. Bu qruplar tapılmış quş cəmdəklərini yandırır və profilaktik işlər aparır.

"Biz yerdə qalan nümunələrlə bağlı yaxın vaxtlarda təqdim olunacaq cavabları gözləyirik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti