...

Azərbaycanda "quş qripi" üzrə nümunələr Almaniya və Böyük Britaniyada təkrar analiz olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Fevral 2006 17:11 (UTC +04:00)

Azərbaycanda "quş qripi" ilə bağlı keçirilən monitorinqlərin gkedişində toplanan nümunələr Azərbaycanda təhlil olunduqdan sonra Almanyia və Böyük Britaniyada təkrar analizdən keçiriləcək. Trend in verdiyi məlumata görə, bu barədə fevralın 14-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəhbəri İsmayıl Həsənov məlumat verib.

Onun sözlərinə görə, ötən həftə Böyük Britaniyaya və Almaniyaya məktub göndərilərək Azərbaycanda "quş qripi" ilə bağlı keçirilən monitorinqlərin gkedişində toplanan qan nümunələri və quş cəmdəkləri nümunələrinin bu ölkələrin ixtisaslaşdırılmış laboratoriyalarında təkrar analiz olunması niyyəti barədə məlumat verilib.

"Bu işlər müəyyən vaxt tələb edir və bütün bunları qısa vaxt ərzində həyata keçirmək mümkün deyil. Belə ki, nümunələr xüsusi təyyarələr vasitəsilə aparılmalıdır", - deyə İ. Həsənov bildirib.

Xəbər lenti

Xəbər lenti