Azərbaycanın Mikromaliyyələşdirmə Bankının təsisçiləri onun 2005-ci il ərzindəki fəaliyyətini uğurlu olğunu təsdiq ediblər və dividendləri bankın kapitalının yenidən investisiyalaşdırılması üçün saxlamağı qərara alıblar. Bu barədə Trend ə bankın İdarə Heyətinin sədri Tomas Engelhardt məlumat verib. Bankın səhmdarları KFW, AYİB, QTİB və LfC kontaltinq şirkəti Bakıda ötən ilin yekunlarını, 2006-cı ilin biznes-planını, 2006-cı ilin sonuna kimi bankın nizamnamə kapitalının artırılması imkanlarını, filial şəbəkələrin genişləndirilməsini müzakirə etmək üçün toplaşıblar.
Onlar nizamnamə kapitalının 2006-cı ilin sonlarına kimi artırılmasını təsdiqləyiblər. Lakin bu barədə yekun qərar 2-ci rübdə (yayda ) qəbul ediləcək. T.Engelhardtın sözlərinə görə, NK-nın ən azı $10 mln-a qədər artırılması planlaşdırılır. Hazırda səhmdarların nizamnamə kapitalında paylarının ödənməsi məsələsi həll edilir, lakin pay iştirakında nisbətin dəyişdirilməsinin mümkündlüyü də istisna edilmir.
Bu gün bankın NK $6,85 mln. təşkil edir. Bankın bütün səhmlərinin iştirak payı aşağıdakı kimi bölüşdürülür: KFW 24,96% ($1,71 mln.), LfC şirkəti - 5,7% ($390 min), Qara dəniz Ticarət və İnkişaf Bankı və Beynəlxalq Maliyyə Korporasiyası hər biri 25,55% ($1,75 mln.), AYİB 19,24% ($1,25 mln.).
Səhmdarlar həmçinin, biznes-plana müvafiq olaraq bankın Lənkəran və Bakıda filiallarının açılmasını təsdiqləyiblər. T.Engelhardtın sözlərinə görə, bankın filiallarının sayı 6-dan 8-dək artırılacaq.