...

Yanvar ayında dövlət büdcəsinə gəlirlər 104,1% ödənilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 15:11 (UTC +04:00)

Operativ məlumatlara görə, dövlət büdcəsinin gəlir hissəsinin proqnozları 2006-cı ilin yanvar ayı üzrə 104,1% yerinə yetirilib. Bu barədə Trend ə Maliyyə Nazirliyindən məlumat verilib. Gəlirlərin artımı büdcənin bütün gəlir maddələri üzrə müşahidə olunur.

Hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə 89,2 mln. AZN proqnozlara qarşı 100,7 mln. AZN toplanılıb və o, müvafiq olaraq 112,9% yerinə yetirilib. 43,8 mln. AZN gömrük vergisi və rüsumlar toplanıb və müvafiq olaraq Dövlət Gömrük Komitəsinin proqnozları 102% yerinə yetirilib. Dövlət əmlakının icarəyə verilməsindən planlaşdırıldığından 20% çox vəsait və ya 0,21 mln. AZN toplanıb. Büdcədənkənar fondlardan daxilolmaların payına 5,7 mln. AZN əvəzinə 6 mln. AZN düşüb və bu da 5,9% çoxdur.

Dövlət Neft Fondundan transfertlərdən xəzinəyə 48,7 mln. AZN proqnoza qarşı 45 mln. AZN vəsait daxil olub və plan 92,3% səviyyəsində yerinə yetirilib. ARDNF-dan daxilolmalar qrafikə uyğun olaraq həyata keçirilir.Ümumi məlumatlardan göründüyü kimi, transfertlər nəzərə alınmadan dövlət büdcəsində gəlir üzrə proqnozlar yerinə yetirilməzdi. Bu bir də digər gəlirlər üzrə daxilolmaların yarımçıq olması ilə əlaqədardır. Belə ki, dövlət büdcəsinə 1,5 mln. AZN əvəzinə 0,2 mln. AZN ödənilib və bu da müvafiq olaraq planın cəmisi 12,7% yerinə yetirilməsi deməkdir.

Xəbər lenti

Xəbər lenti