...

Tütün məhsulları, spirtli içkilər və silahların reklamına məhdudiyyətlər qoyulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 16:02 (UTC +04:00)

Fevralın 15-də Azərbaycan parlamentinin insan haqları daimi komissiyasında "Televiziya və radio yayımı haqqında" qanuna əlavə və dəyişikliklər müzakirə edilib. Trend xəbər verir ki, spirtli içkilərin reklamına icazənin verilməsi ilə bağlı məsələ əsas müzakirə mövzusu olub.

Millət vəkilləri bəzi məhdudiyyətlərin tətbiq olunması şərti ilə bu cür reklamların verilməsini mümkün sayıb. Parlamentin sosial qanunvericilik şöbəsinin müdiri Ədilə Abbasova "Reklam haqqında" qanuna əlavə və dəyişikliklərə dair təklif haqqında məlumat verib. Şöbə müdiri bildirib ki, axşam saat 19.00-dan 23.00-dək spirtli içkilərin reklamına yol verilməsi məqsədəuyğun hesab edilməyib. Belə reklamlar saat 23.00-dan səhər saat 07:00-dək verilə bilər. Bununla yanaşı, adıçəkilən qanun layihəsində narkotik vasitələrin, silahların, pornoqrafik şəkillərin, tütün məhsulları və uşaqların fiziki və əqli inkişafına zərbə vuran məhsulların reklamının qadağan olunduğu da göstərilib.

Milli Teleradio Yayım Şurasının sədri Nuşirəvan Məhərrəmov bu əlavə və dəyişikliklərin zəruri olduğunu deyib. Komissiyada qərara alınıb ki, adıçəkilən qanun layihəsi parlamentin yaz sessiyasında müzakirəyə çıxarılsın.

Komissiyanın iclasında eyni zamanda parlamentin 2006-cı il yaz sessiyası üçün qanunvericilik işlərinin planı da müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti