...

Ermənistan istehsalı olan 12,5 kq qəhvə gömrükçülər tərəfindən müsadirə olunaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2006 20:00 (UTC +04:00)

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postundan keçərək Azərbaycana gələn Gürcüstan vətəndaşı Barkalayeva Pirdaus Racabovnaya məxsus 100 qramlıq bağlamalarda Ermənistanda istehsal olunan 12,5 kq. üyüdülmüş qəhvə aşkar edilərək götürülüb. Trend xəbər verir ki, aşkar edilən qəhvənin istehlak üçün yararlı olub-olmamsı və standarta uyğunluğunun müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib.

Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminologiya Problemləri İnstitutunun ekspertləri tərəfindən verilən arayışa əsasən üzərində erməni və rus dillərində "QOLD" orijinal kofe yazılmış, istehsalçısı Ermənistanın "Armen Amik Yeqbayiner" MMS olan üyüdülmüş qəhvə standart tələblərə əməl edilmədən istehsal edildiyi və insan qidası üçün tam yararsız olduğuna görə məhv edilib.

Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postuna daxil olan "İkarus 250-59" markalı 10 MN 835 nömrəli avtobusa keçirilən gömrük baxışı zamanı gizli keçirilməsinə cəhd göstərilən 42 ədəd 4,5 mm. kalibrli "MP-654 K" markalı tapança aşkar edilib.

Balakən Gömrük İdarəsinin Qaçaqmalçılıq və GQP ilə mübarizə bölməsi MTN-nin Balakən rayon şöbəsi ilə birgə əməliyyat tədbiri keçirib. "Reks" ləqəbli kinoloji xidmət itinin iştirakı ilə gerçəkləşdirilən əməliyyat nəticəsində Balakən sərhəddində yaşayan Sultanov Mahir Sultanəhməd oğlundan 210 qram heroin, həmin gömrük idarəsinin "Mazimçay" gömrük postundan keçməklə Gürcüstana gedən Mamuka Kurtanidzedən 1,42 qram qurudulmuş marixuana aşkar edilib.

Xəbər lenti

Xəbər lenti