...

Azərbaycanda ÜDM demək olar ki, 35% artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 16:00 (UTC +04:00)

Cari ilin yanvarında Azərbaycanda ÜDM ötən ilin analoji dövrü ilə müqayisədə 34,6% artıb. Dövlət Statistika Komitəsindən Trend ə verilən məlumata görə, cari ciymətlərlə ÜDM-un göstəricisi 2006-cı il fevralın 1-dəki vəziyyətə görə 253,2 mln. AZN artıb və 1 012,8 mln. AZN təşkil edib. Adambaşına ÜDM-un həcmi 33,2% artaraq 121,7 AZN ($132,7) təşkil edib.

Ölkənin ÜDM-da istehsalın payı ötən ilin analoji dövrü ilə müqayisədə 53,5% artaraq 66,5% təşkil edib. Xidmətlərin xüsusi çəkisi bu sahədə il ərzində təmiz əlavə dəyərin 9,2% olmasına baxmayaraq 35,2%-dən 28,3%-ə qədər azalıb.

Məhsullardan və idxaldan təmiz vergi ÜDM-da 5,2% təşkil edib. Bu müddət ərzində sənayedə işlənmiş ÜDM 560,5 mln. AZN olub ki, bu da ÜDM-un ümumi həcmində 55,3% təşkil edir.Kənd təsərrüfatında, ovçuluq sektorunda və meşəçilikdə təmiz əlavə dəyər 17,4 mln. AZN (1,7%), inşaat sektorunda 95,7 mln. AZN (9,5%), nəqliyyat sektorunda 65,8 mln. AZN (6,5%), rabitə sektorunda 28 mln. AZN (2,8%), pərakəndə və topdansatış ticarətdə, avtomobil sahəsində, məişət məmulatları və şəxsi istifadə məhsullarının təmiri üzrə xidmət sahəsində 72,2 mln. AZN (7,1%), restoran və mehmanxana sektorunda 7,5 mln. AZN (0,8%), sosial və digər xidmətlər sahəsində 112,7 mln. AZN (11,1%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti