...

"Siyasi partiyalar haqqında" qanuna əlavə və dəyişikliklər ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2006 16:34 (UTC +04:00)

Milli Məclisin yaz sessiyasında "Siyasi partiyalar haqqında" qanuna əlavələr və dəyişikliklərin edilməsi məsələsi müzakirə oluna bilər. Bu barədə Trend ə adıçəkilən komissiyanın rəhbəri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

R.Aslanova onu da bildirib ki, hələlik qanun layihəsi komissiyada müzakirə edilmədiyindən ətraflı məlumat verə bilməyəcək. Ancaq qeyd edib ki, hazırda işçi qrupu əlaqədar təşkilatlarla birlikdə sənəd üzərində işləyir. İşlər tamamlandıqdan sonra sənəd komissiyanın müzakirəsinə çıxarılacaq.

Onu da bildirək ki, "Siyasi partiyalar haqqında" qanununda bir sıra boşluqların olmasını Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı və Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu da qeyd ediblər. Millət vəkilləri adıçəkilən qanun layihəsində əlavələr və dəyişikliklərin zəruriliyini bildiriblər.

Əlavə və dəyişikliklərdə siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi, maliyyə mənbələri və şəffaflığı, eləcə də digər aktual məsələlərin əksinin tapılması vurğulanıb.

Xəbər lenti

Xəbər lenti