...

2006-cı ilin yanvarında Azərbaycan nəqliyyatı ilə 10,5 milyon ton müxtəlif yüklər daşınıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 12:41 (UTC +04:00)

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2006-cı ilin yanvarına olan statistikaya görə, Azərbaycanın nəqliyyat sektorunda 10,5 mln. ton müxtəlif yüklər daşınıb ki, bu da ötən ilin yanvarından 10,5% çoxdur. Bu barədə Trend ə Azərbaycanın Dövlət Statistika Komitəsindən məlumat verilib. Daşınan yüklərin ümumi həcmindən 55,6%-i özəl sektorun payına düşür. Yanvar ayı ərzində daşınan yüklərin ümumi həcmindən 53% -i avtomobil nəqliyyatının, 16,1%-i boru kəmərlərinin, 20,8% -i dəmiryollarının və 10%-i dəniz nəqliyyatının payına düşür.

Bu ilin yanvarında sərnişin nəqliyyatı ilə 82,2 mln. nəfər daşınıb ki, bu da ötən ilin analoji dövründəkindən 4,8% çoxdur.

Dəmiryol nəqliyyatı ilə 2,2 mln. ton müxtəlif yüklər daşınıb ki, bu da 2005-ci ilin yanvarındakından 32,2% artıqdır. Bu həcmdən 79,3%-i neft və neft məhsullarının payına düşür.

Dəniz nəqliyyatı ilə 1 mln. ton müxtəlif yüklər daşınıb. Bu, ötən ilin yanvarındakından 10,3% çoxdur. Daşınan yüklərin bu həcmindən 66,5%-i neft və neft məhsullarının, 33,5% isə quru yüklərin payına düşür. Bu dövrdə Azərbaycanın limanlarında emal olunan yüklərin həcmi 597,5 min ton olub ki, bu da ötən ilin analoji dövründəkindən 3,5% çoxdur.

Avtomobil nəqliyyatı ilə 5,5 mln. ton yük daşınıb ki, bu da ötən ilin yanvarındakından 6,7% çoxdur. Sərnişindaşımalarının həcmi 69,2 mln. nəfər (artım 4,7%) təşkil edib.

Metropolitendə sərnişindaşınmalarının həcmi 5,4% artaraq 12,4 mln. nəfər təşkil edib. Hava nəqliyyatı ilə sərnişindaşınmaları 13,2% artaraq 95,9 min təşkil edib.

Xəbər lenti

Xəbər lenti