...

Asiya İnkişaf Bankı Azərbaycanda dövlət idarəçiliyi və özəl sektorun qiymətləndirilməsinə dair hesabatın təqdimatını keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 16:16 (UTC +04:00)

Asiya İnkişaf Bankı fevralın 23-24-də Azərbaycanda dövlət idarəçiliyi və özəl sektorun qiymətləndirilməsinin nəticələrini müzakirə etməyi planlaşdırır. Hökumətdən Trend ə verilən məlumata görə, tədbirdə dövlət orqanları, qeyri-hökumət təşkilatları və respublikada təmsil olunan beynəlxalq maliyyə təşkilatları iştirak edəcək.

Hesabatda araşdırmalar zamanı aşkar edilmiş problemlər öz əksini tapacaq və onların həlli ilə bağlı tövsiyələr veriləcək.

Araşdırmalar Asiya İnkişaf Bankının ekspertləri tərəfindən 2005-ci il ərzində aparılıb.

Xəbər lenti

Xəbər lenti