...

Əli Həsənov: Rəsmi Bakı Türkiyə iş adamlarının Azərbaycana axınını alqışlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2006 21:22 (UTC +04:00)

Fevralın 17-də Türkiyə sahibkarlarının mükafatlandırılması ilə bağlı keçirilən ikinci mərasimdə Prezidentin İcra aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib ki, rəsmi Bakı Türkiyə iş adamlarının Azərbaycana axınını alqışlayır. Trend bildirir ki, Ə. Həsənovun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra Türkiyə iş adamları respublika iqtisadiyyatına 2 mlrd. ABŞ dolları həcmində sərmayə qoyub.

"Bu gün Türkiyə iş adamları demək olar ki, Azərbaycan iqtisadiyyatının bütün aparıcı sahələrində təmsil olunub. Onlar infrastruktur layihələrində, ticarət şəbəkələrinin yaradılmasında, xidmət sahələrində, istehsal sahəsindəki müəssisələrdə iştirak edir"-deyə o qeyd edib.

Ə. Həsənov xatırladıb ki, Azərbaycan-Türkiyə Beynəlxalq sənayeçilər və iş adamları birliyi (TUSIAB) 1994-cü ildə Bakıda yaradılıb və Türkiyə sərmayəçiləri üçün münasib fəaliyyət şəraitinin yaradılması məqsədi daşıyır.

Onun sözlərinə görə, TUSIAB Türkiyə iş adamları arasında Azərbaycanın imicinin formalaşdırılmasında böyük rol oynayır.

Xəbər lenti

Xəbər lenti