...

İqtisadi siyasət daimi komissiyası qanunların monitorinqini aparır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2006 11:35 (UTC +04:00)

Milli Məclisin iqtisadi siyasət daimi komissiyası iqtisadi sahədə qəbul olunan qanunların monitorinqini aparır. Bu barədə Trend ə adıçəkilən komissiyadan bildiriblər.

Qeyd olunub ki, bu məsələ iqtisadi siyasət daimi komissiyası üzvlərinin iclasında müzakirə olunaraq müsbət qiymətləndirilib. Qərara alınıb ki, komissiya son 10 ildə iqtisadi sahə ilə əlaqədar qəbul olunan qanunların monitorinqini aparsın. Artıq prosesə başlanılıb. İlkin məlumatlara görə, qanunların əksəriyyətində boşluqların olduğu müəyyən edilib. Komissiya həmin qanunları müvafiq təşkilatların nümayəndələri ilə bir daha nəzərdən keçirdikdən sonra onlara bəzi əlavə və dəyişikliklər ediləcək.

Komissiyadan onu da bildiriblər ki, "İnsan fəaliyyəti haqqında", "İnvestisiya fəaliyyəti haqqında", "Antiinhisar fəaliyyəti haqqında" yeni qanun layihələri də hazırlanır.

Xəbər lenti

Xəbər lenti