...

AYİB beznes mühit üzrə üçüncü xülasənin yekunlarını təqdim edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2006 13:07 (UTC +04:00)

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Bakı nümayəndəliyi fevralın 23-də Mərkəzi və Şərqi Avropada və MDB-də iqtisadi inkişaf və islahatlar üzrə inkişafın hər il təzələnən keçid hesabatının təqdimat mərasimini keçirəcək. Trend in bankın press-relizinə istinadən yaydığı məlumata görə, siyasi tədqiqatlar və sektor inkişafı üzrə direktor Samuel Fankhauzer (Samuel Fankhauser) və AYİB-də Azərbaycan üzrə məsul, iqtisadçı Anita Taki (Anita Taci) təqdim edəcək.

Keçid hesabatı keçid biznesinə həsr olunub və biznes mühiti üzrə (BEEPS) xülasənin yekunlarını özündə əks etdirir. Sənəddə bütünlükdə biznes mühit sonuncu 2002-ci il xülasəsindən bəri necə yaxşılaşdığı və bunun bütün keçid ölkələrində baş verib-verməməsi və keçid ölkələrinin iqtisadi bazarın inkişafı səviyyəsinin əldə olunmasında nə qədər uzaq olmaları kimi suallara cavab verilib.

Hesabat biznesmenlərin qarşılaşdıqları nizamlama, işçi qüvvəsi, vergiödəmə sistemi, mülkiyyət hüququ, infrastrukturlar, maliyyə və makroiqtisadi mühitin əlverişliliyi kimi məsələlərin daxil olduğu bir çox maneələri meydana çıxarır.

Xəbər lenti

Xəbər lenti