...

Milli Bank "Millikart"ın kommersiya banklarının idarə edilməsinə verilməsi məsələsinə baxmağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2006 14:38 (UTC +04:00)

Azərbaycanın Milli Bankının gündəliyində (AMB) bankın təsis etdiyi "Mallikart" prosesinq mərkəzinin ölkənin kommersiya banklarının sərəncamına verilməsi məsələsi durur. Bu barədə Trend ə AMB-nın İdarə Heyətinin sədrinin müavini Alim Quliyev məlumat verib.

Onun sözlərinə görə, artıq 15-20 bank "Millikart"ın üzvləri olmaqla bağlı istəklərini ifadə ediblər. Prinsip etibarilə onun vasitəsilə işləyəcək bütün banklar eyni vaxtda mərkəzin səhmdarları olacaqlar. Yaxın vaxtlarda onlara proosesinq şirkətindən istifadə etmələrinə icazə verilməsinin hüquqi əsasları həll olunacaq. Lakin sədr müavini bildirib ki, inhisara yol verilməməsi ilə bağlı "Millikart"ın idarə olunması üçün banklara eyni hüquqlar veriləcək.

Prezidentin sərəncamı ilə təsdiqlənən ödəniş sistemlərinin inkişafı proqramında həmçinin, bildirilir ki, 3 ildən sonra mərkəz banklara veriləcək. Lakin buna maraq "Millikart"ın işinin artıq birinci ilində meydana çıxıb və MB bu təşəbbüsü dəstəkləyir. A.Quliyev bunun artıq bu il baş verəcəyinə əmindir.

Dünya Bankı prosessinq mərkəzinin idarə olunmasının banklara verilməsi layihəsini və təşəbbüsünü müsbət qiymətləndirib. Bu yaxınlarda Bakıya gələn bankın missiyası Azərbaycanda belə bir mərkəzin yaradılmasının bütün dünyada analoji layihələrin reallaşdırılmasına nümunə ola biləcəyini bildirib.

Hazırda artıq beynəlxalq ödəniş sistemi olan MasterCard-ın 8 min kartını, Iisa sisteminin 2-3 min kartını və lokal kartları buraxan "Azərdəmiryolbank"ı "Millikart"ın xidmətlərindən tam istifadəyə keçib. Onunla yanaşı, AFBank, Debütbank, Gəncəbank və Azərtürkbank da "Millikart"a qoşulub. "Millikart" artıq hər iki beynəlxalq ödəniş sistemlərinin sertifikartlaşmasını "Azərdəmiryolbank" vasitəsilə başa çatdırıb.

Xəbər lenti

Xəbər lenti