...

Deloitte & Touche 2005-ci il üzrə Milli Bankın fəaliyyətinin auiditini martın birinci on günlüyündə başa çatdıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Fevral 2006 15:00 (UTC +04:00)

Martın birinci ongünlüyündə Deloitte & Touche beynəlxalq auidort şirkəti tərəfindən həyata keçirilən Azərbaycanın Milli Bankının maliyyə-təsərrüfat fəaliyyətinin auditi başa çatacaq. Bu barədə Trend ə MB-ın İdarə Heyətinin sədri Alim Quliyev məlumat verib. Qanunvericiliyə görə, MB-ın hesabatının, auditor yoxlaması üzrə materiallarının auditorlar tərəfindən qiymətləndirilməsindən sonra təsdiqlənmək üçün ölkə prezidentinə göndərilicək.

A.Quliyevin sözlərinə görə, AMB artıq beynəlxalq standartlar üzrə hesabatların hazırlanmasına keçib. Buna görə də beynəlxcalq auditorlar MB-ın hesabatındakı müvafiq məlumatları özlərinki ilə yoxlayırlar və təsdiq edirlər. Deloitte & Touche ötən ayın sonlarında MB-ın 2005-ci ilin 9 ayı ərzində məlumatlarının auditini başa çatidırıblar və həmin yoxlama zamanı yayınmaların olmadığı məlum olub.

Ötən ilin yekunlarına görə, MB-ın aktivləri 7 784,5 mlrd. manat təşkil edərək, 2004-cü illə müqayisədə 3,4% artıb. Lakin MB-ın kapitalı 2005-ci ilin yekunları üzrə 36,9% azalaraq 303,638 mlrd. manat təşkil edib. Azalmalar kapital üzrə ehtiyatların 430,773 mlrd. manatdan 253,638 mlrd. manat ixtisara düşməsi fonunda baş verib.

Deloitte & Touche şirkəti MB-ın rəsmi auditorudur.
O, ölkə rəhbərinin qərarı ilə 3 il müddətinə təyin edilib və buna görə də MB ilə əməkdaşlığı hələ 2007-ci ilə kimi davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti