...

İsmət Abbasov: Dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı subsidiya ayrılması məsələsi öyrənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2006 15:27 (UTC +04:00)

Dizel yanacağının pərakəndə satış qiymətinin artırılması ilə bağlı ünvanlı subsidiya ayrılması məsələsi kənd təsərrüfatı, iqtisadi inkişaf nazirlikləri və AR Nazirlər Kabineti tərəfindən öyrənilir. Trend bildirir ki, fevralın 20-də k/t naziri İsmət Abbasov bu barədə bəyan edib.

Onun sözlərinə görə, hazırda subsidiya verilə biləcək konkret k/t sahələri müəyyən edilməyib.

"Fikrimizcə, vəsaitlərin məhz iri səhmdar cəmiyətləri ilə hər hansı işgüzar münasibətləri olmayan təsərrüfat və müəssisələrə verilməsi məqsədəuyğundur" -deyə İ.Abbasov vurğulayıb.

K/t nazirliyi mütəxəssislərinin ilkin məlumatına əsasən, k/t məhsulları istehsalçılarının yanacağa tələbatı ildə ümumi məbləği 42-45 mln. AZN olmaqla 230-250 min ton təşkil edir. Tariflər artırıldıqdan sonra bu göstərici 84-90 mln. AZN təşkil edir.

Xəbər lenti

Xəbər lenti