...

Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçıları birgə qaz layihəsi üzrə görüş keçirəcəklər

Energetika Materials 6 Avqust 2010 12:59 (UTC +04:00)
Bu il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Trayan Besesku arasında "Azerbaijan-Georgia-Romania Interconnection" marşrutu üzrə qaz nəqli layihəsinə dəstək məqsədilə görüşün keçirilməsi planlaşdırılır.
Azərbaycan, Gürcüstan və Rumıniyanın dövlət başçıları birgə qaz layihəsi üzrə görüş keçirəcəklər

Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir S.Əliyev/

Bu il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri İlham Əliyev, Mixail SaakaşviliTrayan Besesku arasında "Azerbaijan-Georgia-Romania Interconnection" marşrutu üzrə qaz nəqli layihəsinə dəstək məqsədilə görüşün keçirilməsi planlaşdırılır. Bu barədə Azərbaycan Sənaye və Energetika Nazirliyinin məlumatında deyilir.

Tərəflər qarşıdakı sammitin yekunları üzrə Bakı bəyannaməsini imzalayacaqlar.

Bütün lazımi sənədlərin razılaşdırılması üçün sentyabrın 6-da Bakıda işçi qrupunun, sentyabrın 13-də isə üç ölkənin energetika nazirlərinin görüşü keçiriləcək. Bakı sammitində Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və energetika üzrə Avropa komissarı Günter Ottingerin iştirakı gözlənilir.

Bundan əvvəl "Azerbaijan-Georgia-Romania Interconnection" layihəsi çərçivəsində üçtərəfli işçi qrupu yaradılıb. İşçi qrupu birgə müəssisənin yaradılması prosesi ilə də məşğul olur.

Payızda Rumıniyada birgə müəssisənin yaradılması prosesinin başa çatacağı gözlənilir. Onun tərkibinə layihənin iştirakçısı olan hər üç ölkənin nümayəndələri daxildir. Birinci mərhələdə BM texniki-iqtisadi əsasəlandırmanı hazırlayacaq və artıq bundan sonra şirkət investisiyaların axtarışı, Gürcüstanda və Rumıniyada terminalların, eləcə də layihə iştirakçısı olan hər üç ölkənin ərazisində müvafiq infrastrukturların tikintisi ilə məşğujl olacaq. Sentyabrdan BM artıq layihənin TİƏ-nin hazırlanması üzrə tender elan edə biləcək.

Aprelin 13-də Buxarestdə Azərbaycan, Gürcüstan və Rumıniya "Maye qazın nəqli sahəsində əməkdaşlıq haqqında" memorandum imzalayıblar.

Layihə Azərbaycandan maye qazın Gürcüstan ərazisinə çatdırılmasını, bunun üçün Gürcüstan və Rumıniyada maye qaz istehsalı üzrə iki zavodun tikilməsini nəzərdə tutur. İlkin məlumatlara görə, layihənin dəyəri dörd-altı milyard avro təşkil edir.

Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindən qaz kəmərləri vasitəsilə nəqlini, orada xüsusi terminalda mayeləşdirilməsini və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına gətiriləcək və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə, Rumıniya və digər Avropa ölkələrinin tələbatının təmin edilməsinə yönəldiləcək.

Xəbər lenti

Xəbər lenti