...

Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 16 Yanvar 2013 15:11 (UTC +04:00)
Göyçay, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycanın bir sıra rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Göyçay, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam və Yevlax rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, təmir işləri ilə əlaqədar yanvarın 16-17-də Yevlax-1, Yevlax-2, 28 May Aran, Ağdam Magistral Qaz Kəmərləri Sahəsinin bütün qazpaylayıcı stansiyaları və Qaraməryəm ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri müddətində Goranboy, Naftalan, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli, Ağdam, Yevlax rayonları, eləcə də Göyçay rayonunun 6 kəndi və rayon mərkəzinin bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti