...

Zəngin qaz ehtiyatları bütün dünyada metanolun istehsalına təkan verəcək

Energetika Materials 4 Aprel 2013 17:14 (UTC +04:00)
“Jim Jordan and Associates” şirkəti 2015-ci ilə dünyada metanol istehsalının ildə 74,6 milyon metrik tona qədər artacağını proqnozlaşdırır ki, bu da 2012-ci illə müqayisədə təxminən 18% çoxdur.
Zəngin qaz ehtiyatları bütün dünyada metanolun istehsalına təkan verəcək

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Jim Jordan and Associates" şirkəti 2015-ci ilə dünyada metanol istehsalının ildə 74,6 milyon metrik tona qədər artacağını proqnozlaşdırır ki, bu da 2012-ci illə müqayisədə təxminən 18% çoxdur. Şimali Amerikada istehsal həcmləri, çox güman ki, həmin dövr üçün 3,95 milyon metrik tona qədər artaraq 132 faizə çatacaqdır.

Analitiklərin təqdim etdiyi məlumatlara əsasən, dünya üzrə metanol istehsalının ötən ildəki 3 faizi ilə müqayisədə 2015-ci ildə 5 faizi Şimali Amerikanın payına düşəcəkdir. Deyilənlərə görə, hal-hazırda nəzərdən keçirilən layihələrin həyata keçirilməsi 2018-ci ildə ABŞ-dakı istehsal həcminə daha 11 milyon ton əlavə etmək potensialına malikdir.

Bazar qiyməti 3,93 milyard dollar təşkil edən dünyada ən iri metanol istehsalçılarından olan "Methanex" şirkəti Kanadanın Alberta əyalətindəki zavodunda istehsal imkanlarını artırır. Çilidə yerləşən zavodunda isə təbii qaz təchizatında yaranan boşdayanmalar ildə 1 milyon tona çatdıqdan sonra şirkətin buna cavabı həmin zavodu Luizianaya köçürməsi oldu. Bu prosesin 2014-cü ilə başa çatdırılması gözlənilir.

Bu il "LyondellBasell" şirkəti Texasdakı zavodunu işə salacaq, Misirin "Orascom Construction Industries SAE" şirkətinin bölməsi olan "OCI Beaumont" şirkəti isə iyulda artıq yeddi il istifadəsiz qalmış zavodda yenidən istehsala başlayacaqdır.

Metanol İnstitutunun ticarət assosiasiyasının icraçı direktoru vəzifəsini icra edən Qreqori Dolanın sözlərinə görə, "Bu zavodların çoxunda istehsal gücünün bir milyon ton və daha artıq olacağı planlaşdırılır və indi məhsulun hər tonu $375-dan $400-a qədər qiymətə satılır".

Təbii qazın qiyməti on ildən az müddətdə 70 faiz ucuzlaşaraq milyon Britaniya istilik vahidi üçün təqribən $3,90-a qədər düşmüşdür. Bu isə həmin dövrü əhatə edir ki, bu müddət ərzində layın hidravlik parçalanması metodunun təkmilləşdirilməsi istiqamətində aparılan qabaqcıl işləmələr Şimali Amerikada şistli yataqların böyük hissəsinin istismar olunmasına gətirib çıxartdı.

"Methanex" şirkəti "Chesapeake Energy Corp" şirkəti ilə 10 il müddətinə müqavilə bağlamaq üçün təbii qazın qiymətinin aşağı düşməsindən yaranmış üstünlükdən faydalandı. "Chesapeake Energy Corp" şirkəti ABŞ-da böyüklüyünə görə ikinci təbii qaz istehsalçısıdır.

Həmçinin, yanvar ayında "Celanese" şirkətinin İcraçı direktoru Mark Roor bəyan etdi ki, təbii qaz təchizatı üzrə uzunmüddətli müqavilənin bağlanması da onun rəhbərlik etdiyi şirkət üçün bir variant ola bilər.

"RBC Global Asset Management" şirkətinin aktivlər portfelinin baş müdiri Braam Spilfoqel qiymətlərin 2010-cu ilin başlanğıcı ilə müqayisədə bir ton üçün 350 dollardan təqribən 500 dollara qədər qalxdığını deyərək, 2013-cü ilin birinci rübündə müqavilə qiymətlərinin daha yüksək olduğunu bildirmişdir.

İstənilən halda marja yüksəkdir. Cari sənaye qiymətləndirməsində istehsalın orta dəyəri bir ton üçün 150-dən 200 ABŞ dollarına qədər təşkil edir.

Bir sıra sənaye analitikləri hesab edirlər ki, Şimali Amerikalı istehsalçılar metanolun istehsalında əsasən kömürdən istifadə etdiklərinə görə xərcləri daha yüksək olan çinli həmkarlarının bazarda payını öz əllərinə keçirməyə cəhd edəcəklər.

Gözlənilir ki, dünyanın ən iri metanol istehlakçısı olan Çində tələbat, "Mackenzie Saxon's Morden" şirkətinin hesablamalarına görə, ötən ildəki 30 milyon tonla müqayisədə 2016-cı ildə 50 milyon tondan artıq olacaqdır. Üstəlik, "GBI Research" Nyu-York şirkətinin analitiki Brijeş Ramaninin sözlərinə görə, Şimali Amerika istehsalçıları öz mənfəətlərini götürməyə məvəffəq olsalar da, onlar dünya bazarında istehsal xərcləri hələ də aşağı olan Yaxın Şərq ölkələrində işləyən metanol istehsalçıları ilə rəqabət aparmaqda davam edəcəklər.

Spilfoqel qeyd edir ki, ABŞ-da tələbatın təmin olunması prioritet olaraq qalır. Spilfoqel deyir: "Növbəti iki-üç il ərzində yaradılacaq bütün metanol istehsalı, mahiyyət etibarı ilə, Şimali Amerikaya ölkələrinin metanol idxalını ləğv etməlidir".

Mənbə: Reuters

Məqalədə:
Xəbər lenti

Xəbər lenti