...

"Azərbaycan Hava Yolları" ABŞ-a aviareyslərin açılışına hazırlaşır

Energetika Materials 11 İyul 2013 13:20 (UTC +04:00)
"Azərbaycan Hava Yolları" QSC Avropa ölkələrinin birində əlavə yanacaq doldurmaq imkanı ilə ABŞ-a aviareys açmaq niyyətindədir.

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Hava Yolları" QSC Avropa ölkələrinin birində əlavə yanacaq doldurmaq imkanı ilə ABŞ-a aviareys açmaq niyyətindədir. Bu barədə Trend-ə QSC-dəki mənbə bildirib.

Mənbənin sözlərinə görə, Bakıdan Nyu Yorka olan aviareysin açılışı artıq bu ilin payızında baş tuta bilər: "Lakin bunun üçün ABŞ-ın Federal Mülki Aviasiya İdarəsinin (FAA) nümayəndələri Azərbaycana səfər etməlidir və onların səfərlərinin nəticələrindən asılı olaraq aviareysin reallaşdırmasının təfərrüatları haqqında dəqiq danışmaq olar".

Onun sözlərinə görə, aviareyslər Avropa ölkəsi vasitəsilə həftədə üç dəfə "Airbus A340-500" markalı təyyarələrlə həyata keçiriləcək. Mənbə tranzit ölkə barədə məlumat verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti