...

Özbəkistan metanollu benzinə keçir

Energetika Materials 10 Sentyabr 2013 14:00 (UTC +04:00)
Yanacaq çatışmamazlığının yerini doldurmaq üçün Özbəkistanın “Uznefteprodukt” şirkəti qonşu Çində benzinə əlavə kimi metanoldan fəal surətdə istifadə etməyə başlamış yanacaq istehsalçılarından örnək götürmək niyyətindədir.
Özbəkistan metanollu benzinə keçir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Yanacaq çatışmamazlığının yerini doldurmaq üçün Özbəkistanın "Uznefteprodukt" şirkəti qonşu Çində benzinə əlavə kimi metanoldan fəal surətdə istifadə etməyə başlamış yanacaq istehsalçılarından örnək götürmək niyyətindədir.

Metanol qatışığı artıq bir neçə ildir ki, Çində, habelə ABŞ-ın bir neçə ştatında, məsələn, Kaliforniyada geniş şəkildə istifadə olunmaqdadır. "M85" indeksi ilə göstərilən bu yanacağın tərkibi 85 faiz metanoldan və 15 faiz etilləşdirilməmiş benzindən ibarətdir. Bu yanacaq növü ilə işləyən avtomobillər xüsusilə Kaliforniyada geniş yayılıb.

Metanol yanacağı təkcə xalis metanol və metanol-benzin qatışığını sərf etmək üçün nəzərdə tutulmuş nəqliyyat vasitələrində deyil, həm də ilkin olaraq benzinlə işləmiş, sonradan isə metanol sərf etməsi üçün dəyişdirilmiş nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün istifadə oluna bilər. Bu yanacaq növü dünyanın 70-dən çox ölkəsində istifadə olunur, üstəlik, bu ölkələrdən bəziləri hətta onu əsas yanacaq növü kimi qəbul ediblər.

Metanol benzindən beş dəfə yavaş yanır və onu söndürmək xeyli asandır. ABŞ-ın Ətraf Mühitin Mühafizəsi üzrə Agentliyinin verdiyi rəyə görə, metanoldan istifadə olunması nəqliyyat vasitələrinin alışıb yanması nəticəsində ölən qurbanların sayını 95 faizə qədər endirəcəkdir.

Daha aşağı yanma temperaturu olan metanol əsaslı yanacaqla işləyən nəqliyyat vasitələri benzinlə işləyən analoqları ilə müqayisədə havaya karbon qazını və karbohidrogenləri əhəmiyyətli dərəcədə az və NOx birləşmələrini isə xeyli az buraxır.

Metanol əsaslı yanacaqla işləyən avtomobillər ənənəvi benzin mühərrikləri ilə müqayisədə 25-30 faiz daha effektiv və təxminən dizel mühərrikləri ilə eyni olan effektivlik göstəricisi ilə işləyirlər.

Yaxın zamanlarda Buxara vilayətində illik istehsal gücü 500 min tona qədər olan yeni qaz-kimya komleksinin tikintisinə başlanması planlaşdırılır. Bununla belə, Özbəkistan benzin və spirt qatışığının öz xüsusi standartını işləyib hazırlamaq niyyətindədir.

Mənbə: www.zr.ru

Məqalədə:
Xəbər lenti

Xəbər lenti