...

Gürcüstan Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid edir

Energetika Materials 2 Oktyabr 2013 16:03 (UTC +04:00)
Gürcüstan Azərbaycandan sərmayələr cəlb etmək üçün hər cür şərait yaradır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Bidzina İvanişvili bildirib.
Gürcüstan Azərbaycanla energetika sahəsində əməkdaşlığın genişlənəcəyinə ümid edir

Gürcüstan, Tbilisi, 2 oktyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan Azərbaycandan sərmayələr cəlb etmək üçün hər cür şərait yaradır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri Bidzina İvanişvili bildirib.

B.İvanişvili deyib: "Azərbaycan əsas qonşu-investordur və biz ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün yeni yolları nəzərdən keçiririk".

O, qeyd edib ki, Azərbaycanın öz ölkəsi üçün nə lazım olduğunu və nə etdiyini bilən, həmçinin Gürcüstanla iqtisadi əlaqələri genişləndirmək istəyən zəkalı Prezidenti var.

B.İvanişvili bildirib ki, hazırda Gürcüstan nümayəndə heyəti Gürcüstan dəmiryolu ilə neft daşımalarının intensivləşdirilməsi üzrə danışıqlar aparmaq üçün Bakıdadır.

Baş nazir vurğulayıb: "2006-cı ildən sonra neft daşımalarında ildə bir milyon ton azalma müşahidə olunur, indi isə biz öz tranzit imkanlarımızı möhkəmləndirmək niyyətindəyik və bununla bağlı perspektivlər ilk növbədə Azərbaycanla bağlıdır".

O, tərəflər arasında böyük perspektivlərin olduğu energetika sektorunda əməkdaşlığın güclənəcəyinə ümid etdiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti