...

Etilen-polietilen zavodunda Azot-oksigen qurğusu üçün yeni tutumlar istifadəyə verilib

Energetika Materials 2 Aprel 2014 16:04 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda keçən ilin may ayında istismara buraxılmış Azot-oksigen qurğusu üçün yeni ehtiyat tutumlar anbarı istifadəyə verilib.
Etilen-polietilen zavodunda Azot-oksigen qurğusu üçün yeni tutumlar istifadəyə verilib

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda keçən ilin may ayında istismara buraxılmış Azot-oksigen qurğusu üçün yeni ehtiyat tutumlar anbarı istifadəyə verilib.

Trend-in ARDNŞ-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, hər biri 125 kubmetr olan 16 ədəd tutumun quraşdırılması və mövcud sistemlə əlaqələndirilməsi nəticəsində Azot-oksigen qurğusu dayandığı hallarda etilen istehsalını müvafiq olaraq 20-28 saat ərzində yüksək və aşağı təzyiqli azotla təmin etmək mümkün olacaq.

Tutumların istifadəyə verilməsi ilə kompressorların işləmə müddətlərinin endirilməsi nəticəsində onların istifadə dövrünün uzadılmasına şərait yaradılacaq, ən başlıcası isə elektrik enerjisinə əhəmiyyətli dərəcədə qənaət ediləcək. Bununla da Etilen-polietilen zavodunun istehsalat sahələrinin - "EP-300" və "Polimir-120" istehsalatların daha səmərəli, stabil və etibarlı fəaliyyəti təmin ediləcək.

Qeyd edək ki, "Azərikimya" İB-nin "Kimyalayihə" İnstitutunin layihələndirdiyi tutumlar anbarı Birliyin Təmir-tikinti İdarəsi tərəfindən quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti