...

ARDNŞ: Enerji daşıyıcılarının etibarlı tədarükü Aİ və Xəzər regionunun birləşməsinə zərurət yaradır

Energetika Materials 4 Aprel 2014 17:52 (UTC +04:00)
Mərkəzi Avropa ölkələri və Avropa ətrafındakı ölkələr arasında qiymət fərqinin böyük olması və tədarüklərin etibarlılığı Xəzər regionunun Avropa İttifaqı (Aİ) ilə birləşmə yollarının tapılması zərurətini yaradır.
ARDNŞ: Enerji daşıyıcılarının etibarlı tədarükü Aİ və Xəzər regionunun birləşməsinə zərurət yaradır

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.Əliyev/

Mərkəzi Avropa ölkələri və Avropa ətrafındakı ölkələr arasında qiymət fərqinin böyük olması və tədarüklərin etibarlılığı Xəzər regionunun Avropa İttifaqı (Aİ) ilə birləşmə yollarının tapılması zərurətini yaradır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşdə deyib.

Onun sözlərinə görə, bu, dünyada enerji sahəsində ən mürəkkəb enerji vəzifələrindən biridir: "Cənub Qaz Dəhlizi" haqqında olduqca çox şey demək olar".

E.Nəsirov qeyd edib: "Əlbəttə ki, biz Avropa və dünya bazarı üçün bu qaz dəhlizinin nə demək olduğunu düşünməliyik. Avropa İttifaqının daha yüksək səviyyəl təhlükəsizliyə ehtiyacı var. Şübhəsiz ki, enerji təhlükəsizliyi istənilən ölkənin millli təhlükəsizliyindən ayrı nəzərdə tutula bilməz. Enerjinin istənilən ölkənin milli təhlükəsizliyinə bərabər olduğu getdikcə aydınlaşır".

Tədbirin açılış mərasimində çıxış edən "AmCham"ın Azərbaycandakı prezidenti İlqar Vəliyev qonaqları və E.Nəsirovu salamlayaraq "AmCham" və ARDNŞ arasında əməkdaşlığa görə minnətdarlığını bildirib.

"AmCham"ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu bildirib ki, 2014-cü il fevralın sonunda ARDNŞ Azərbaycanda "AmCham"ın 270-dən çox üzvü olan böyük ailəsinə qoşulub. ARDNŞ "Azərkosmos" QSC, ADA Universiteti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Azərbaycanda "AmCham"ın üzvləri arasında 5-ci dövlət müəssisəsi oldu. ARDNŞ-nin "AmCham"da üzvlüyü bu ticarət palatasının üzvləri üçün biznes ünsiyyət imkanlarını artırır və ARDNŞ-nin gələcəkdə Azərbaycanın biznes mühitinə inteqrasiyasına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti