...

Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun iclası keçirilib

Energetika Materials 15 Aprel 2014 15:31 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun iclası keçirilib.
Dövlət Neft Fondunda MHŞT üzrə çoxtərəfli qrupun iclası keçirilib

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə çoxtərəfli qrupun iclası keçirilib.

Fonddan Trend-ə verilən məlumata görə, iclas zamanı Yeni Memorandumun yekun layihəsi, MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılması, hesabat formaları və məcburi sosial sığorta haqları üzrə daxilolmaların MHŞT hesabatına daxil edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. Azərbaycan MHŞT-nin qiymətləndirilməsi prosesindən keçən və MHŞT-nin tamhüquqlu üzvü statusunu alan ilk MHŞT ölkəsidir. MHŞT prinsip və meyarlarına tam cavab verən ölkə olması və MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti