...

ABŞ-ın kəşfiyyat-analitik mərkəzi "Stratfor" Xəzər dənizinin strateji əhəmiyyətindən yazıb

Energetika Materials 20 May 2014 12:38 (UTC +04:00)
ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi "Stratfor" Xəzər dənizinin strateji əhəmiyyətindən yazıb.
ABŞ-ın kəşfiyyat-analitik mərkəzi "Stratfor" Xəzər dənizinin strateji əhəmiyyətindən yazıb

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir S.Əhmədova/

ABŞ-ın özəl kəşfiyyat-analitik mərkəzi "Stratfor" Xəzər dənizinin strateji əhəmiyyətindən yazıb.

Trend-in məlumatına görə, təşkilat Xəzər dənizinin strateji əhəmiyyətinin onun enerji resurslarının bolluğu ilə əlaqədar olduğunu qeyd edir: "Xəzər dənizi həm quruda, həm də dənizdəki yataqlarda böyük həcmdə neft və təbii qaz ehtiyatlarına malikdir".

Mərkəz yazır ki, regionda çoxsaylı neft və təbii qaz layihələri mövcuddur və bütün Xəzəryanı dövlətlər mühüm enerji istehsalçılarıdır: "Dəniz sərhədlərinin müəyyənləşdirilməsi üzrə danışıqlar təxminən 20 ildir davam edir. Bir çox təkliflər nəzərdən keçirilib, lakin bu danışıqlar nəticəsində hələ beş dövlət üçün məqbul olan həll yolu tapmaq mümkün olmayıb".

"Stratfor" kəşfiyyat-analitik mərkəzinin məlumatında qeyd olunur ki, Avropa Xəzər dənizindən enerji tədarükündə xüsusilə maraqlıdır: "Xüsusilə də strateji Cənub Qaz Dəhlizi marşrutu vasitəsilə daşınacaq Azərbaycan və Türkmənistanın enerji ehtiyatları Rusiyanın enerji asılılığından uzaqlaşmaq üçün bir imkan kimi görünür".

Bildirilir ki, İran və Rusiyanın Trans-Xəzər kimi layihələrə qarşı çıxması regionda gərgin geosiyasi vəziyyət yaradıb: "Xəzər dənizi Rusiya və Qərb arasında rəqabətin mühüm sahəsinə çevrildi. Ukraynadakı qarşıdurma da bu baxımdan Xəzər dənizinin əhəmiyyətini artırdı".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti