...

Azərbaycanın qaz abonentlərinin sayı 1,7 milyon nəfəri ötüb

Energetika Materials 13 Avqust 2014 08:26 (UTC +04:00)
2014-cü il avqustun 1-nə Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1 700 085 təşkil edib.
Azərbaycanın qaz abonentlərinin sayı 1,7 milyon nəfəri ötüb

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Emil İsmayılov/

2014-cü il avqustun 1-nə Azərbaycanın qaz operatorunun abonentlərinin sayı 1 700 085 təşkil edib. Bu barədə Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən (İB) məlumat verilib.

Qaz abonentlərinin ümumi sayından 718 518-i Bakının, 981 56-i isə digər bölgələrin payına düşür. Qaz abonentlərinin ümumi sayından 1 678 783-ü əhali kateqoriyasının payına, qalan 21 302-si isə digər kateqoriyaların payına düşür.

Bakı və ümumilikdə bütün ölkə üzrə abonentlərin sayğacla təmin olunması 100 faizlik səviyyədədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti